Azərbaycan vətəndaşı olan tələbələrə hərbi xidmətdən möhlət üçün xaricdə hansı ali məktəblərin daha çox arayış təqdim etdiyi açıqlanıb
Təhsilin fasiləsizliyi “Təhsil haqqında” qanunda var. Ona görə layihədə doktoranturanı da nəzərə almışıq. Doktranturada təhsil alanlara heç yaş məhdudiyyəti də tətbiq etməmişik.
APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.
O bildirib ki, gənclərin elmli, təhsilli olmasını çox istəyir: “Bizim bazada son statistikaya əsasən, ümumi möhlət verilənlərdən 60 %-i Türkiyədə, 11,8%-i Rusiyada, 6,8%-i Polşada, 6%-i Ukraynada, 2,6%-i Almaniyada, 2%-i Gürcüstanda, 1,6%-i ABŞ-da, 1,3%-i Böyük Britaniyada təhsil almağa gedir. Digər ölkələrin ali məktəbləri ilə bağlı bu göstərici 1 %-dən aşağıdır. İki ilin statistikasına görə, Kütahya Dumlupınar Üniversitesi təhsilə görə gətirilən arayışların sayına görə 1-ci yerdə olub. 2023-cü ildə isə 1-ci yerdə Gümüşhanə Universiteti qərarlaşıb. Mən də çox istəyərdim ki, yaxşı universitetlərdə oxusunlar, amma statistika belədir. Yaxşı universitetlərə təhsil almağa gedənlərin sayı çox azdır”.
Oxşar xəbərlər
Dövlət Xidmətinin baş idarə rəisi: 2 uşağı olanların azad edilməsi heç Türkiyə təcrübəsində yoxdur
Dövlət Xidmətinin baş idarə rəisi: İki uşağı olanların hərbi xidmətdən azad edilməsi heç Türkiyə təcrübəsində yoxdur
Dövlət Xidməti magistratura və rezidentura bitirənlərin hərbi xidmətdən azad edilməsi təklifinə münasibət bildirib
Dövlət Xidməti: Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə olunur
Səfərbərlik Xidmətinin baş zabitinə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
