Qarabağ və Şərqi Zəngəzurda elektron su xəritəsinin hazırlanması üçün 170-dən artıq məntəqədə yoxlama aparılıb
"Yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının və elektron su xəritəsinin hazırlanması məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 170-dən artıq məntəqədə yoxlama təftiş işləri yerinə yetirilib".
Sizinxeber.az-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ETSN-in şöbə müdiri Kənan Kərimli ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərin interaktiv su xəritəsinin, o cümlədən çayların, avtomat hidroloji stansiyaların, göllərin, yeraltı su yataqlarının hidroqrafiya şəbəkəsinin vektorlaşdırılması və SHP faylının yaradılması işləri yerinə yetirilib.
Oxşar xəbərlər
Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb
Nazir müavini: İşğal zamanı 142 faydalı qazıntı yatağının istismar edilmiş həcmi müəyyənləşdirilib
Gələn il azad edilmiş ərazilərdə daha 5 avtomat meteoroloji stansiya quraşdırılacaq
“Qarabağın təbii ehtiyatları atlası”nın elektron variantı hazırlanıb
Gələn il Xankəndi və Ağdərədə avtomat meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













