Azərbaycanda 4 universitetə növbəti 5 il müddətinə akkreditasiya verilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda 4 universitetə növbəti 5 il müddətinə akkreditasiya verilib


Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib.

Bu barədə APA-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 5 ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti və Gəncə Dövlət Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib.

Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək, növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinə uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

Yekunlaşan akkreditasiya prosesinin davamı olaraq ali təhsil müəssisələrinin verilən tövsiyələrin icrasına dair növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və Agentliyə təqdim etməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

47 əcnəbi tələbə Azərbaycanda təhsil alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər