Şuşada əl işləri sərgisi açılıb, Ağdam, Füzuli və Xocavənddə ağacəkmə aksiyası təşkil edilib - FOTO
8 Noyabr - Zəfər Günü münasibətilə ilə Şuşa şəhərində əl işləri sərgisi keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, güllü bağda baş tutan tədbirdə şəhər sakinlərinin əl işləri sərgilənib.
Açıq hava şəraitində keçirilən sərgidə milli geyimlər, kulinariya nümunələri və digər əl işləri nümayiş etdirilib.
Sərgidə sakinlər, şəhid ailələri üzvləri, müharibə iştirakçıları və şəhər rəsmiləri iştirak edib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında isə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən Zəfər Günü münasibəti ilə hazırlanan tədbirlər planına əsasən öncə ağacəkmə aksiyası təşkil edilib.
Zəfər yolunun kənarında Hava Limanı ərazisində keçirilən aksiyada Xüsusi Nümayəndəliyinin və digər qurumların əməkdaşları, Füzuli sakinləri iştirak ediblər.
Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilib.
Oxşar xəbərlər
Şuşada əl işləri sərgisi açılıb, Ağdam, Füzuli və Xocavənddə ağacəkmə aksiyası təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada Zəfər yürüşü keçirilib - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzuli Şəhəri Gününün açılışı olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlin sonuna qədər Ağdamın üç kəndinə köç baş tutacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












