Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı – Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq.
Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət aşağıdakı tərkibdə Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdıracaq:
- Ali Məhkəmənin 3 hakimi;
- apellyasiya instansiyası məhkəmələrinin 3 hakimi;
- birinci instansiya məhkəmələrinin 3 hakimi.
Məhkəmə-Hüquq Şurasının və ya Hakimlərin Seçki Komitəsinin üzvü eyni zamanda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü ola bilməz. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinin səlahiyyət müddəti 5 ildir. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının üzvləri üçün nəzərdə tutulmuş təminatlar Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinə də şamil olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Hakimlərin qiymətlətləndirilmə komitəsinin yaradılması təsdiqlənib
Məhkəmə-Hüquq Şurasının iclasında hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb
Hakimliyə namizədlər üçün tədris mərhələsinə başlanır
Turizm və rekreasiya zonalarında qadağan olunacaq fəaliyyət növləri müəyyənləşir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
