Nazir: Yaşıl iqtisadiyyata keçidin əmək sferasına təsiri ən aktual problemlərdən biridir, kreativ yanaşmalar tələb edir
Tədqiqatlar göstərir ki, yaşıl iqtisadiyyata keçid prosesinin əmək bazarına təsiri, əsasən müsbət dinamikada yeni iş yerlərinin yaradılması, ənənəvi sayılan mədən, neft-qaz sənayelərində isə məşğulluq strukturunun dəyişilməsi ilə nəticələnəcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 3-cü günündə çıxışı zamanı deyib.
O bildirib ki, yaşıl iqtisadiyyata keçidin əmək sferasına təsiri ən aktual problemlərdən biridir və bu keçid eyni zamanda ən mütərəqqi və ən kreativ yanaşmalar tələb edir.
“Silahlı münaqişələr, terrorçuluq, maliyyə böhranları ilə yanaşı iqlim dəyişikliyi milyonlarla insana təsir edir. Bu, sosial cəhətdən həssas əhali qrupları, xüsusi ilə əlilliyi olan vətəndaşlar, qadınlar, gənclər və qeyri formal çalışan insanlar üçün daha ağrılı prosesdir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq, qlobal istiləşmənin qarşısını azaltmaq üçün yaşıl iqtisadiyyat konsepsiyasına keçid qaçılmazdır"-deyə nazir qeyd edib.
O, həmçinin bildirib ki, rəqəmsal texnologiyaların tətbiqi, əmək və sosial münasibətlərin sürətlə inkişafına təsir edəcək.
"Azərbaycan regional və qlobal səviyyədə mövcud iqtisadi proseslərin mənfi təsirinə baxmayaraq əhalinin rifahının yüksəldilməsini ən əsas hədəfi müəyyən edib" - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT nümayəndəsi ilə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadari: Bakı İqlim Həftəsinin fəaliyyəti bir çağırışdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












