İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib - FOTO
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.
Əvvəl Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi anılıb.
Mərasimdə İstanbulun Kadıköy kaymakamı Muhittin Pamuk, İSTAD sədri Səfər Qaraqoyunlu və digərləri çıxış ediblər.
Natiqlər Azərbaycanın müstəqillik uğrunda keçdiyi şanlı yol, tarixdən gələn Türkiyə-Azərbaycan qardaşlığı, hər iki ölkənun Ulu Öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün xalqlarımızın azad, firavan yaşaması üçün göstərdikləri əvəzsiz xidmətləri, ölkələrimizin tarixi baxımından 2023-cü ilin əhəmiyyəti haqqında danışıblar.
Çıxışçılar ötən bu yüz ilin həm Azərbaycan, həm də Türkiyə üçün bütün çətinliklərə baxmayaraq, dirçəliş əsri kimi tarixə keçdiyini vurğulayıblar.
Tədbir iki qardaş ölkənin milli musiqilərindən ibarət bədii hissə ilə davam etdirilib.
Oxşar xəbərlər
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə ilə ABŞ arasında müdafiə sənayesi əməkdaşlığı müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin ticarət naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin ixracı ilin sonunadək 255 mlrd. dolları ötəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qalatasaray”-“Fənərbaxça” oyunu təxirə salınıb - BİRGƏ AÇIQLAMA - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












