Sabahın hava proqnozu
Dekabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Oxşar xəbərlər
Sabahın hava proqnozu: dağlarda 10° şaxta olacaq
Sabah bəzi yerlərdə yağış və qar yağacaq
Sabah hava necə olacaq?
Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













