Niyazi Bayramov Yeni ili Gəncə Uşaq Evinin sakinləri ilə birlikdə qeyd edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Gəncə Uşaq Evinin sakinləri ilə görüşüb. Gəncənin Mərkəzi meydanında qurulan “Yeni il şəhərciyi”ndə baş tutan görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Sizinxeber.az xəbər verir ki, Niyazi Bayramov Gəncə Uşaq Evinin Sakinlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onlara uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıb.
Tədbir iştirakçıları Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində Mərkəzi Mədəniyyət Evinin kollektivinin hazırladığı konsert proqramını izləyiblər. Uşaqlar Şaxta baba və Qar qızla birlikdə rəqs edərək, əyləniblər.
Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Prokurorluq əməkdaşları Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
NİİM sürücü və sərnişinlərə müraciət edib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in regional mərkəzlərində Həmrəylik Günü və Yeni illə bağlı tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












