Prokurorluq əməkdaşları Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə dekabrın 30-da prokurorluq əməkdaşları Dövlət Akademik Flarmoniyasında keçirilən tədbirdə iştirak edib.
Sizinxeber.az xəbər verir ki, tədbirdə, həmçinin, Baş Prokurorluğun rəhbərliyinin dəvəti ilə Baş prokuror yanında Elm-Məsləhət Şurasının üzvləri, müxtəlif ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, prokurorluğun veteran və pensiyaya çıxmış əməkdaşları, eləcə də, media subyektləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Baş Prokuror Kamran Əliyev Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 2023-cü ildə prokurorluq orqanları tərəfindən dahi şəxsiyyətin əziz xatirəsinin yad edilməsi məqsədilə həyata keçirilmiş silsilə tədbirlərdən danışıb, bu ilin Azərbaycan dövləti və xalqı üçün olduqca uğurlu olduğunu, cənab Prezidentin rəhbərliyi ilə qazanılan qələbələr nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa edildiyini, tarixi Azərbaycan torpaqlarında, o cümlədən Xankəndi şəhərində üç rəngli bayrağımızın dalğalanmağa başladığını vurğulayıb, prokurorluq əməkdaşlarını, həmçinin, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib, onlara növbəti ildə faəliyyətlərində uğurlar arzulayıb.
Konsertdə solistləri bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.
Tədbirdə zəngin təcrübəyə malik prokurorluğun veteranları ilə gəncləri arasında səmimi və mehriban ünsiyyətin qurulması üçün əlverişli fürsət yaranıb.
Oxşar xəbərlər
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin ticarət naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Heydər Əliyev İli” çərçivəsində UNEC-də görülmüş işlərin yekun tədbiri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəqliyyat-loqistika infrastrukturu mövcud ÜDM-in 3 faiz artmasına səbəb olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












