Sabah Bakıda iməcilik keçiriləcək
Son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə, yol kənarlarında, həyət və məhəllələrdə yaranmış tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, avqust ayının 10-da paytaxtda novbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.
Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə və özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, obyektlərin vitrinlərini və ətraf ərazilərini təmizləməyə çağırır.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti müşavirə keçirib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
