Musa Quliyev: Hepatitlərin yayılmasının böyük mənbəyi kosmetoloji salon və stomatoloji klinikalardır
Tibbi tullantıların idarə edilməsinə dair normativ baza var, amma bu baza bugünkü tələblərə nə qədər cavab verir və beynəlxalq sənədlərlə nə qədər uzlaşır? Bunu nə qədər yeniləməliyik? Xüsusən kimyəvi qatqılardan nə qədər qorunacağımıza dair təcrübələrimiz kifayət qədər deyil.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bəzən görürük ki, tibbi tullantılar məişət tullantıları ilə birgə atılır:
"Utilizasiya prosesi üçün xüsusi yerlər varmı? Yandırılırmı? Yandırılmanın səviyyəsi necədir? Bu məsələlərə diqqət yetirilməlidir. Digər tərəfdən, özəl xəstəxanalarla dövlət xəstəxanaları arasında heç bir fərq qoyulmamalıdır. Özəl xəstəxanalar dövlətin sosial yükünün bir hissəsini öz üzərinə götürüb. Onlarda vəziyyət necədir? Nəzarət hansı səviyyədə aparılır? Həmçinin kosmetoloji məntəqələr də, stomatoloji klinikalar nəzarətdə saxlanılmalıdır. Hepatitlərin yayılmasının böyük mənbəyi kosmetoloji salon və stomatoloji klinikalardır. Hesab edirəm ki, onların tullantıları yeni normativ bazaya daxil edilməlidir".
Oxşar xəbərlər
Nazir müavini son illərdə tibbi tullantıların artmasının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibbi tullantıların idarə edilməsinə vahid nəzarət sistemi qurulması təklif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mikayıl Cabbarov: Gəncədə sənaye zonası yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik: Tullantıların utilizasiyası sahəsində tariflərin daha da liberallaşması lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












