FHN-in beynəlxalq humanitar əməliyyatlarda fəaliyyətinə dair tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlarda fəaliyyəti” mövzusunda “dəyirmi masa” təşkil edilib.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, tədbir Nazirliyin Baş əməliyyat idarəsi, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
“Dəyirmi masa”nın keçirilməsində əsas məqsəd Akademiyanın kursantlarının beynəlxalq humanitar əməliyyatlarda fəaliyyət üzrə biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi olub.
Tədbir zamanı çıxış edən FHN-in Baş əməliyyat idarəsinin rəis müavini, Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri polkovnik Ələsgər Əliyev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Nazirlik ən qabaqcıl texniki vasitələr və avadanlıqlarla təchiz olunub. O, dövlət başçısının humanitar missiyalarla bağlı tapşırıqlarının yüksək səviyyədə və çevik icra olunması üçün ardıcıl addımların atıldığını bildirib. Ə.Əliyev əlavə edib ki, Nazirliyin xilasediciləri yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq miqyaslı humanitar əməliyyatlarda da Azərbaycanı yüksək səviyyədə təmsil etmək gücünə malikdirlər.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev isə öz çıxışında kursantların Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti ilə yaxından tanış olmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycanın humanitar sahədə beynəlxalq arenada layiqli təmsilçiliyini təmin etmək üçün formalaşdırılan bu dəstənin 2024-cü ilin sentyabrında BMT-nin (UN OCHA) nəzdində fəaliyyət göstərən INSARAG-ın (Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupu) beynəlxalq sertifikatlaşdırılmasını uğurla başa vurduğunu xatırladıb.
İki gün davam edən tədbirdə FHN Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi və Yanğın təhlükəsizliyi ixtisasları üzrə təhsil alan kursantlara “Humanitar əməliyyatlar zamanı ilkin psixoloji yardım”, “Beynəlxalq axtarış-xilasetmə əməliyyatlarında idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili”, “Qəbuletmə-yolasalma məntəqəsi (RDC) və Şəhər əməliyyatlarının koordinasiya mərkəzinin (UCC) fəaliyyətinin təşkili”, “INSARAG Koordinasiya və İdarəetmə Sistemi”nin (ICMS) və “Virtual Sahə Əməliyyatlarının Koordinasiya mərkəzi”nin (VOSOCC) tətbiqi”, “Beynəlxalq humanitar əməliyyatlarda medianın rolu” və “Beynəlxalq humanitar əməliyyatlarda xilasetmə və ümumi təhlükəsizlik tədbirləri” mövzuları təqdim edilib.
İnteraktiv formatda keçən tədbirdə kursantları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Beynəlxalq axtarış-xilasetmə əməliyyatları ilə bağlı kurs keçirilib
Beynəlxalq humanitar əməliyyatlara hazırlıq məqsədilə təlim keçirilib- VİDEO
FHN Salyan şəhərində seminar-müşavirə keçirib - FOTO
FHN Şimal regionunda taktiki-xüsusi təlim keçirib
FHN Şimal regionunda taktiki-xüsusi təlim keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
