Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR
Sosial şəbəkədə Gəncədə fəaliyyət göstərən özəl bağçalardan birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.
Baku TV məsələ ilə bağlı bağça rəhbərliyinin və valideynlərin mövqeyini öyrənmək üçün sözügedən müəssisədə olub.
Valideynlər hadisədən narahat olduqlarını bildirərək müəllim heyətinin dəyişdirilməsini tələb ediblər.
"Bu hadisə bizi ciddi narahat etdi. Mənim oğlum da görüntülərdə yer alıb. Həmin müəllim indiyədək uşaqlarla çox mehriban davranırdı, belə hallarla qarşılaşmamışıq. Bağça rəhbərliyindən məsələyə aydınlıq gətirilməsini istəyirik", - deyə valideynlərdən biri narazılığını ifadə edib.
Bağça rəhbərliyi isə hadisə ilə bağlı müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.
Bildirilib ki, məsul şəxs işdən azad olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar bağçanın əməkdaşı polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb.
Oxşar xəbərlər
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda işçinin meyiti tapılıb
Tanınmış terapevt-uroloq vəfat edib
"Neftçi"nin şikayəti təmin edilmədi
İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
