Son dəqiqələrdə finala vəsiqə qazandı
sizinxeber.az xəbər saytı

Son dəqiqələrdə finala vəsiqə qazandı


ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ikinci finalçı da məlum olub.

Sizinxeber.az xəbər verir ki, yarışmanın 2-ci finalçısını müəyyələndirmək üçün Fariz Zeynalov və Tərlan Xəlilov üz-üzə gəliblər.

Gərgin keçən görüşdə söz ustadları maraqlı çıxışları ilə diqqət çəkib. Möhtəşəm meyxana ilə çıxış edən tərəflər sonda finalçını müəyyən edə biliblər.

Belə ki, Tərlan Maştağalı kimi tanınan Tərlan Xəlilov rəqibini üstələyərək finalda Cəlil Əliyevə rəqib olub.

Qeyd edək ki, final görüşü 9 may saat 22:00-da baş tutacaq. Meyxana ustadları Cəlil Əliyev və Tərlan Xəlilov "söz davası"na çıxacaraq qalibi müəyyən edəcəklər. Görüşü ATV telekanalından və "ATV Music" yutub kanalından canlı izləyə bilərsiniz.

Oxşar xəbərlər

Hövsanda bu saatdan qaz OLMAYACAQ
Filippində 6 bal gücündə zəlzələ olub
Saat 12:00-dan 14:00-dək bu ərazidə İŞIQ OLMAYACAQ
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər