Xalq artisti: "Çox pisəm, ciyərim sıradan çıxır"
Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Qaynarinfo"ya aktyorun özü məlumat verib.
Aktyor özünü pis hiss etdiyini bildirib:
"Vəziyyətim çox pisdir. Ciyərim sıradan çıxır. Dünən müayinə üçün yenidən xəstəxanaya getmişdim. Ağrıyıram. İnfarktdan sonra hələ özümə gəlməmişəm. Bu gün yenidən həkimə getməliyəm, günorta analizlərimin cavabı çıxacaq. Görək nə deyəcəklər. Ona görə bayram-zad yadıma düşmür".
Aktyor Milli Kino Günü ilə bağlı həmkarlarını təbrik edib:
"Bu gün Milli Kino Günüdür, hamı kimi mənim də bayramımdır. Amma kinoda kim qalıb? Kinodakılar getdilər... Bir-iki nəfər qaldıq... Əbdül, Rafiq, Fəxrəddin..."
Qeyd edək ki, bir müddət bundan öncə Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranmışdı. Həkimlər aktyora infarkt diaqnozu qoymuşdular.
Oxşar xəbərlər
Xalq artisti Ramiz Məlik vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərrux Kərimoviç Zakirova “Xalq artisti” fəxri adı verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fəxrəddin Manafovun doğum günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti: “Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












