Uşaqların çimərliklərdə infeksion xəstəliklərə yoluxması məsələsinə aydınlıq gətirilib
sizinxeber.az xəbər saytı

Uşaqların çimərliklərdə infeksion xəstəliklərə yoluxması məsələsinə aydınlıq gətirilib


Hazırda Abşeron yarımadasında, respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə Mərkəz tərəfindən monitorinqlər davam etdirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir.

Xatırladaq ki, son günlər uşaqlar arasında bağırsaq infeksiyasına yoluxma hallarının qeydə alındığına dair məlumatlar yayılıb.

Oxşar xəbərlər

Bu ilin 6 ayı ərzində Azərbaycanda qızılcaya yoluxma qeydə alınmayıb - RƏSMİ
Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınmayıb - RƏSMİ
Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər davam etdirilir
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin işçilərinin sayı artırılıb
Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər