Masallıda qonaq evdən 12 min manatlıq qızıl oğurlayıb
sizinxeber.az xəbər saytı

Masallıda qonaq evdən 12 min manatlıq qızıl oğurlayıb


Masallı rayonu ərazisində yerləşən evlərin birindən 12 min manat dəyərindən qızıl-zinət əşyaları və içərisindən 710 manat olan bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, araşdırmalarla pul və zinət əşyalarının həmin evdə qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Masallıda mağazalardan 9 min manatlıq oğurluq edilib
Bakıda və Sumqayıtda evlərdən oğurluq edənlər saxlanılıb
Bakıda evdən 12 min manatlıq qızıl oğurlanlıb
Lənkəranda dələduzluq edən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər