ƏƏSMN və qurumları bu ilin ilk yarısında 50 beynəlxalq mükafat və sertifikatla təltif olunub
sizinxeber.az xəbər saytı

ƏƏSMN və qurumları bu ilin ilk yarısında 50 beynəlxalq mükafat və sertifikatla təltif olunub


Ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Bunun göstəricisi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları bu ilin 6 ayı ərzində daha 50 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, o cümlədən Dövlət Sosial Müdafiə Fondunda aparılan islahatlarla bağlı 17, sosial sahədə rəqəmsal nailiyyətlərlə bağlı 11, DOST Konsepsiyası ilə bağlı 4, Dövlət Məşğulluq Agentliyində aparılan islahatlarla bağlı 1 beynəlxalq mükafat və sertifikat əldə olunub.

Həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 9, Sosial Xidmətlər Agentliyinə 3, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya 5 beynəlxalq İSO sertifikatı təqdim olunub.

Dövlət xidmətlərinin «ASAN xidmət indeksi» üzrə qiymətləndirilməsində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də 1-ci yerə layiq görülüb.

Oxşar xəbərlər

İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin ilk yarısında 74 mindən çox proaktiv sosial müavinət və təqaüd təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT nümayəndəsi ilə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fevral ayının sosial ödənişləri yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqədə uğur qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər