İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb
sizinxeber.az xəbər saytı

İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb


Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən xəbərə görə, bundan əvvəl – iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Oxşar xəbərlər

Fevral ayının sosial ödənişləri yekunlaşıb
Fevralın 23-də bütün müavinət və təqaüdlər ödəniləcək
Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib
Bu ilin ilk yarısında 74 mindən çox proaktiv sosial müavinət və təqaüd təyin olunub
Sığortaolunanların sayı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər