Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT nümayəndəsi ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli əmək üzrə Texniki Dəstək Qrupunun müəssisələrin inkişafı və yaşıl iş yerləri üzrə baş mütəxəssisi Kristina Martinezlə görüş olub.
Bu barədə Sizinxeber.az-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlarda BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ötən dövrdə Azərbaycanın BƏT-in 60-dək Konvensiyasına qoşulduğu, BƏT-lə birgə Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra edildiyi, növbəti Layiqli Əmək üzrə Ölkə Proqramı layihəsinin hazırlandığı qeyd edilib.
Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi vurğulanıb. COP29-un BƏT-in gündəliyini daha irəli aparmaq üçün də önəmli platforma olacağı bildirilib. K.Martinez Azərbaycanın BƏT-lə fəal əməkdaşlığının, uğurlu birgə layihələrin BƏT tərəfindən rəğbətlə qarşılandığını bildirib.
Görüşdə ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi məsələlərinə, COP29-a hazırlıq və təcrübələrin paylaşılması üçün sosial dialoqun təşviqi istiqamətində tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Fevral ayının sosial ödənişləri yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məişət zorakılığından zərər çəkən 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək müqavilələrinin onlayn imzalanmasının SİMA İmza ilə də həyata keçirilməsi imkanı yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin ilk yarısında 74 mindən çox proaktiv sosial müavinət və təqaüd təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












