Su hövzələrində təhlükəsizliyin təmin olunması ilə bağlı təlim keçirilib - VİDEO
sizinxeber.az xəbər saytı

Su hövzələrində təhlükəsizliyin təmin olunması ilə bağlı təlim keçirilib - VİDEO


Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd su hövzələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinin xilasediciləri, Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişi “xilas edərək” ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriblər.

Təlim bitdikdən sonra nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Su hövzələrində təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib - VİDEO
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO
FHN Xəzər dənizində təlim keçirib - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirələr keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər