Vilayət Eyvazov sıra baxışı keçirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
in
2025
11:50

Vilayət Eyvazov sıra baxışı keçirib

12 in, 2025
11:50
312

Vilayət Eyvazov sıra baxışı keçirib

​​Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 12-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı şəhərində keçirilən sıra baxışında onlayn qaydada DİN-ə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 138 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Bizimlə əlaqə saxlayın