Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə proqramı” elan olunur
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı elan edir.
Agentlikdən "Sizinxeber.az"a bildirilib ki, Şamaxı şəhərində 15-17 avqust 2024-cü il tarixlərində proqram çərçivəsində 3 günlük təlimlər təşkil olunacaq.
Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük verilir:
- ilk dəfə iştirak edənlərə;
- QHT-də layihə yazılması üzrə məsul şəxslərə;
- QHT fəaliyyəti ilə yeni məşğul olanlara;
- Regionlarda fəaliyyət göstərən QHT-lərə;
- Xarici dil bilgisi olan şəxslərə (ingilis dili).
Təlimdə iştirak üçün mərhələlər:
1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 4 avqust 2024-cü il saat 18:00-a kimi cavablandırılaraq Agentliyə göndərilir,
2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir,
3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.
Təlimdə iştirak üçün onlayn sorğu:
QEYD:
- Daha öncə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər,
- Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.
Agentlik Bakıda və bölgələrdə fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn ilin qrant müsabiqələri NK-nın təsdiq etdiyi qaydalar əsasında bu yaxınlarda elan ediləcək - MÜSAHİBƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA-nın növbəti illər üçün inkişaf strategiyasının yazılması məqsədilə görüşlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə start verilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan dili bacarıqlarının ölçülməsi üzrə yeni imtahan modeli hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












