AFFA-nın növbəti illər üçün inkişaf strategiyasının yazılması məqsədilə görüşlər keçirilib
AFFA-nın növbəti illər üçün inkişaf strategiyasının yazılması məqsədilə onlayn formatda bir neçə görüş təşkil edilib.
"Sizinxeber.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşlərdə AFFA, həmçinin strategiya əməkdaşı “Double Pass” və “McKinsey & Company” şirkətlərinin nümayəndələri iştirak ediblər. Görüş zamanı aşağıdakı məsələlər müzakirə olunub:
- Strategiyanın yazılması məqsədilə müxtəlif sahələrdə cari vəziyyətin müzakirəsi və təhlil üçün tələb olunan məlumatların toplanma prosesi
- Növbəti həftələrdə hər iki şirkətin nümayəndələri ilə Bakıda planlaşdırılan görüşlərin tarixləri, müzakirə ediləcək məsələlər və növbəti addımlar müəyyən olunub
Strategiyanın yazılması prosesində AFFA-nın üzvü olan qurumlardan, müxtəlif liqalarda yarışan peşəkar futbol klublarından, partnyor və sponsorlardan, media nümayəndələrindən, həmçinin futbol ictimaiyyətindən rəylərin alınması ilə bağlı qərar qəbul olunub. Toplanan məlumatlar növbəti mərhələlərdə AFFA və əməkdaşlıq etdiyi şirkətlər tərəfindən analiz ediləcək.
Rəylərin toplanması məqsədilə avqustun 9-da media nümayəndələri ilə görüş təşkil olunacaq.
Oxşar xəbərlər
AFFA azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirib
UEFA AFFA rəsmisinə etimad göstərib
AFFA-nın əməkdaşı UEFA-nın seminarına qatılıb
AFFA-nın vitse-prezidenti: “İşçi Qrupunun iclasında baş məşqçi profilinin müəyyənləşməsi qərara alındı”
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













