Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib


Ədliyyə naziri Fərid Əhmədov 22 iyul tarixində Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyindən "Report"a bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.


Səfər çərçivəsində nazir, həmçinin Qusar rayon icra və probasiya, eləcə də qeydiyyat şöbələrinə və Qusar Rayon Məhkəməsinə baş çəkib, infrastruktur və iş şəraiti ilə tanış olub.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

Oxşar xəbərlər

Ədliyyə naziri Qusarda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qusarın icra başçısı vəzifəsindən azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmaz rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Bağırov Masallıda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir və komitə sədrlərinin qəbuluna düşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Cədvəl açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər