Şahin Bağırov Masallıda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Şahin Bağırov Masallıda vətəndaşları qəbul edib


Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

“Sizinxeber.az”un komitəyə istinadən verdiyi məlumata görə, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Masallı və Yardımlı rayon sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Oxşar xəbərlər

Masallıda bazarda baş verən dəhşətli yanğın məhdudlaşdırılıb
Vəzifəli şəxslər təqaüdə göndərildilər - Generaldan YENİ TƏYİNATLAR
Kürdəmirdə 7 məktəbdə qızılca yayıldı
AYNA: “Qırmızı Körpü” gömrük postunda 998 avtomobil gözləyir"
AYNA: “Qırmızı Körpü” gömrük postunda 687 avtomobil gözləyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle