Ədliyyə naziri Qusarda vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 22 iyul tarixində Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində nazir, həmçinin Qusar rayon icra və probasiya, eləcə də qeydiyyat şöbələrinə və Qusar Rayon Məhkəməsinə baş çəkib, infrastruktur və iş şəraiti ilə tanış olub.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.
Oxşar xəbərlər
Qusarda narkotik satışına görə 2 nəfər tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna XİN başçısı Çinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












