Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qlobal Əmək Bazarı Konfransında iştirak edib
sizinxeber.az xəbər saytı

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qlobal Əmək Bazarı Konfransında iştirak edib


Əmək və əhalinin sosial müdafiəsi nazirin müavini Vüsal Nəsirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən II Beynəlxalq Əmək Bazarı Konfransında iştirak edib.

"Sizinxeber.az" xəbər verir ki, “Əmək bazarının gələcəyi” şüarı altında təşkil olunan Konfrans qlobal əmək bazarlarında mövcud problemlər və çağırışların, insan kapitalının inkişafı məsələlərinin və sürətlə dəyişən mühitə uyğunlaşma yollarının müzakirəsinə həsr olunub.

Konfransda Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli Azərbaycanda əmək münasibətləri sahəsində aparılan islahatlar, yaşlı işçilərlə bağlı proqramlara dair məruzə ilə çıxış edib, tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.

Səfər çərçivəsində E.Səfərlinin Səudiyyə Ərəbistanı Krallığının İnsan Resurslarının İnkişafı Fondunun tabeliyində Əmək Bazarı üzrə Milli Observatoriyanın rəhbər şəxsləri ilə görüşləri olub.

Oxşar xəbərlər

Elnur Səfərli: "Milli Observatoriya Qarabağdakı iş adamlarının fəaliyyəti ilə bağlı təkliflər hazırlayıb"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
ƏƏSMN və qurumları bu ilin ilk yarısında 50 beynəlxalq mükafat və sertifikatla təltif olunub
Bir qrup işəgötürənə “DOST Müfəttiş” layihəsi təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər