“DOST Müfəttiş” layihəsi çərçivəsində “Caspian Energy Club”a üzv olan şirkətlərlə görüş keçirilib
sizinxeber.az xəbər saytı

“DOST Müfəttiş” layihəsi çərçivəsində “Caspian Energy Club”a üzv olan şirkətlərlə görüş keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada “Caspian Energy Club”a üzv şirkətlərlə “DOST Müfəttiş” layihəsi çərçivəsində görüş olub.

Bu barədə "Sizinxeber.az"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Milli Observatoriyan İdarə Heyətinin sədri Elnur Səfərli, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev eləcə də Kluba üzv şirkətlərin nümayəndələri iştirak ediblər

E.Səfərli “DOST Müfəttiş” layihəsinin məqsədləri, əhatə dairəsi və bu təşəbbüsün əmək bazarında şəffaflığın təmin olunmasında oynadığı roldan bəhs edib. Layihənin işəgötürənlər üçün maarifləndirici və dəstək xarakteri daşıdığını, eyni zamanda əmək qanunvericiliyinə əməl olunmasına töhfə verdiyi vurğulanıb.

N.Mirzəyeva layihənin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə işəgötürənlər arasında səmərəli kommunikasiya vasitəsi olmasından, əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasında preventiv və metodiki əhəmiyyətindən bəhs edərək işəgötürənlərdə “özünüqiymətləndirmə” ənənəsinin formalaşmasına müsbət təsirlərindən danışıb.

T.Əliyev belə görüşlərin özəl sektor üçün əhəmiyyətini vurğulayaraq gələcəkdə də dövlət və özəl sektor arasında əməkdaşlıqların davam etdirilməsinin vacibliyini qeyd edib.

Sonra layihə barədə işəgötürənlərə ətraflı təqdimat edilib, onun məqsədləri, fəaliyyət istiqamətləri və müəssisələr üçün yaratdığı imkanlar izah olunub.

Sonda şirkət nümayəndələrinin sualları cavablandırılıb və əmək qanunvericiliyi ilə bağlı praktiki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüş dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Oxşar xəbərlər

Bir qrup işəgötürənə “DOST Müfəttiş” layihəsi təqdim olunub
ATİB-ə üzv olan şirkətlərlə görüş keçirilib
“DOST Müfəttiş” layihəsi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb
Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər