“Qaz təchizatı haqqında“ yeni qanun layihəsinin hazırlanmasının səbəbləri açıqlanıb
“Qaz təchizatı haqqında“ yeni qanun layihəsinin hazırlanmasının səbəbləri açıqlanıb.
APA xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında qanun layihəsinin müzakirəsi zamanı energetika nazirinin müavini Samir Vəliyev deyib ki, bu layihənin hazırlanmasında əsas məqsədi əhalinin sabit, dayanıqlı enerji resursu ilə təmin olunması, ətraf mühitin qorunması, qazdan səmərəli istifadə edilməsidir.
Nazir müavini bildirib ki, bu qanunun qəbulu ölkədə energetika sahəsində islahatların davam etdirilməsində mühüm mərhələ olacaq.
Energetika Nazirliyi Hüquq şöbəsinin müdiri İbrahim Ağayev qeyd edib ki, qüvvədə olan qanun 30 il əvvəl qəbul edilib: “Dünyada həm energetika, həm qaz sahəsində dəyişikliklər baş verib. Yeni qanunun qəbuluna böyük ehtiyac var idi. Qüvvədə olan qanunun əhatə dairəsindən kənarda məsələlər olurdu. Yeni layihədə qazın istehsala daxil olduqdan sonra onun birbaşa istehlakçıya çatdırılması məsələsini həll edir. Bu qanun bazarın liberallaşdırılmasına imkan yaradacaq. Yeni qanun layihəsində şəffaflığın artırılması, bütün subyektlərin hüquqi öhdəlikləri konkretləşdiriləcək, məsuliyyəti müəyyənləşəcək”.
Oxşar xəbərlər
“Qaz təchizatı haqqında” qanun layihəsinin hazırlanmasının məqsədi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Vəliyev: "Enerji Effektivliyi Fondunun yaradılması işləri tamamlanmaq üzrədir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Yeni qanun binaların istilik təchizatı problemlərinin həllinə kömək edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ali təhsil haqqında” qanunun hazırlanması üçün yeni İşçi Qrupun formalaşdırılması təklif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












