sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
TAP ilə nəql olunan qazın həcmi açıqlanıb
Trans-Adriatik qaz kəməri ilə indiyədək Avropaya 47 mlrd. kubmetr qaz nəql olunub.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edərkən Trans-Adriatik qaz kəmərinin (TAP) icraçı direktoru Luka Şippati deyib.
Onun sözlərinə görə, TAP ilə nəql olunan ümumi qazın 39 mlrd. kubmetri İtaliyaya göndərilib.
Luka Şippati qeyd edib ki, yüksək istehsalat göstəricilərinin əldə olunması Azərbaycanın özünün davamlı və ehtibarlı, fasiləsiz və təchizatçı kimi sübut etməsidir.
İcraçı direktor onu da vurğulayıb ki, hazırda TAP-ın 45 müştərisi var.
Oxşar xəbərlər
TAP kəməri ilə 40 mlrd. kubmetrə yaxın qaz Avropaya nəql olunub
TAP ilə Avropaya 40 mlrd. kubmetr qaz nəql olunub
TANAP-la qazın nəqli 75 mlrd. kubmetrə çatıb
AÇG və "Şahdəniz"dən hasil olunan neft və qazın həcmi açıqlanıb
Bu il TAP vasitəsilə 6,5 milyard kubmetrdən çox qaz nəql edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













