Kamal Abbasov: Aİ-nin əlavə qaz tələbatını qarşılamaq üçün uzunmüddətli müqavilələr və maliyyə dəstəyi vacibdir
"Avropanın əlavə qaz tələbatını qarşılamaq üçün uzunmüddətli müqavilələr və maliyyə dəstəyi vacibdir".
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı energetika nazirinin müavini Kamal Abbasov deyib.
Onun sözlərinə görə, bu cür layihələr vaxt, maliyyə və aydın müqavilələr tələb edir: “Avropaya qaz nəqli üçün əlavə tələbat yaranarsa, bunun həyata keçirilməsi uzunmüddətli müqavilələr, riskləri azaldacaq dəstək mexanizmləri və maliyyə alətləri ilə mümkün ola bilər. Əgər bu təmin olunarsa, Azərbaycanın Avropa üçün əlavə qaz tələbatını qarşılaması mümkündür”.
Kamal Abbasov qeyd edib ki, Avropa İttifaqı üçün bu, real bazar fürsəti ola bilər. Rusiya ilə bağlı enerji böhranı fonunda Avropanın təbii qaz tələbatı hələ də yüksək olaraq qalır: “Yeni qaz hasilatı sənayesinə dəstək göstərilməli və bu, Aİ-nin tədqiqat və sərmayə prioritetləri sırasına daxil edilməlidir. Amma praktiki dəstək olmadan — xüsusilə maliyyələşmə, müqavilələşmə və infrastruktur olmadan — bu əməkdaşlıq çətin olacaq. Bu, xüsusən Mərkəzi və Şərqi Avropa üçün vacibdir”.
Nazir müavini vurğulayıb ki, bu istiqamətdə əsas çətinlik infrastrukturla bağlıdır. Cənub Qaz Dəhlizinin əsas marşrutları artıq doludur və əlavə qaz daşınması üçün yeni sərmayələrə ehtiyac var: “Əlavə qazı Avropaya çatdırmaq üçün infrastruktur genişləndirilməlidir. Bu da texniki və siyasi çağırışları aşmaq üçün Aİ-nin koordinasiyalı dəstəyini tələb edir”.
Oxşar xəbərlər
Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyi ilə dayanıqlılıq arasında balans qurur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bank sədri: Bankların uzunmüddətli resurslara çıxışı məhduddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Azərbaycan qaz ixracını artırmağa hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Nuriyev: Azərbaycanda Yaşıl Maliyyə Fondunun yaradılmasına ehtiyac yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











