Əfqan İsayev: SOCAR 80%-i sudan ibarət vanadium batareyalarına keçid planlaşdırır
sizinxeber.az xəbər saytı

Əfqan İsayev: SOCAR 80%-i sudan ibarət vanadium batareyalarına keçid planlaşdırır


Bərpa olunan enerji sahəsində ən böyük texniki çətinliyin enerji şəbəkələrinin qeyri-sabit (intermittent) enerji mənbələrini qəbul etməkdə məhdudiyyətidir.

APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib.

O bildirib ki, bu problem demək olar ki, bütün ölkələrdə mövcuddur. Çünki günəş və külək enerjisi fasiləli olur. Şəbəkə isə bu dəyişkənliyi balanslaşdırmaq gücündə olmalıdır. Əks halda enerji kəsintiləri qaçılmaz olur.

Qeyd edilib ki, bu problemi həll etmək üçün SOCAR tərəfdaşlarla birlikdə batareya enerji saxlama sistemlərini tətbiq etməyə hazırlaşır. Əvvəllər litium-ion batareyalardan istifadə edilirdisə, artıq natrium-ion batareyalarına və 80%-i sudan ibarət olan vanadium batareyalarına keçid planlaşdırılır: “Bu texnologiyalar həm daha sərfəlidir, həm də ətraf mühitə daha az zərər verir”.

Alternativ həll yolları arasında balanslaşdırıcı enerji mənbələrinin əlavə edilməsi və region ölkələri ilə enerji paylaşımı da qeyd olunub: “Əgər bütün bu üsullar işləməzsə, o zaman qonşularla birlikdə 'blackout'u paylaşacağıq – Avropada və burada bir neçə il əvvəl olduğu kimi. Amma qorxulu deyil, birlikdə bu texniki məsələləri həll edəcəyik”.

Oxşar xəbərlər

SOCAR: Qonşu ölkələrə Xəzərdə yaşıl enerji sahəsində ortaq konsorsiumların yaradılmasını təklif edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR: Təbii qazsız əlçatan enerji keçidi mümkün olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR “yaşıl enerji” sahəsində Xəzəryanı ölkələrin şirkətlərinə konsorsiumlar yaratmağı təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR ədalətli enerji keçidi prosesində əlçatan enerjinin təmin edilməsinin vacibliyini vurğulayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Koreya Enerji Agentliyinin prezidenti: Mərkəzi Asiya nəhəng bərpa olunan enerji potensialına malikdir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər