Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər 5 dəfə artıb
sizinxeber.az xəbər saytı

Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər 5 dəfə artıb


Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 18 mln. ABŞ dolları, əsaslı xərclər isə təxminən 6 mln. dollar olub.

Bu barədə “Sizinxeber.az-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, illik müqayisədə hesabat dövründə əməliyyat xərcləri 4%, əsaslı xərclər isə 5 dəfə artıb.

“CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb”, - hesabatda qeyd olunur.

Bildirilir ki, rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 mln. kubmetr olub.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: BP (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NIKO (10,00%).

Oxşar xəbərlər

Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər kəskin artıb
Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər ötən il kəskin artıb
Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin artıb
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
BTC ilə indiyədək 576 mln. ton neft nəql edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər