Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin artıb
Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 37,3 milyon dollar, əsaslı xərclər isə təxminən 8 milyon dollar olub, bu da illik müqayisədə müvafiq olaraq 4,4% azalıb və 2,7 dəfə artıb.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.
Qeyd olunub ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Hesabata əsasən, ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr səviyyəsində olub.
Oxşar xəbərlər
BTC ilə indiyədək 576 mln. ton neft nəql edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şahdəniz”ə bu il 1,7 mlrd. dollara yaxın vəsait xərclənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il AÇG-ə xərclənən vəsaitin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şahdəniz-2” layihəsi çərçivəsində bu il aparılan işlərin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












