Bir neçə rayon və qəsəbədə qaz olmayacaq
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri aparılacaq.
“Azəriqaz”dan “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, bu səbəbdən 23.07.2024-cü il saat 09:00-dan etibarən “Albalı”, “Maştağa QPS kollektor” , “Maştağa-2”, “Neft Terminalı”, “Albalı YDM”, “Agroland” və “Azpetrol LTD” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Xəzər və Sabunçu rayonlarının, o cümlədən Maştağa, Buzovna qəsəbələrinin Albalılıq, Atçılıq yaşayış massivlərinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin paytaxtın Yasamal və Binəqədi rayonlarında görüləcək təmir-bərpa işləri ilə bağlı 23.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Dadaş Bünyadzadə, Əsəd Əhmədov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Vasif Əliyev, Zaur Kərimov, Məhəmməd Xiyabani küçələrinin bir hissəsində və Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: “Crocus”da terror aktı radikal islamçıların əli ilə törədilib” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












