Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah bir neçə rayon və qəsəbənin müəyyən hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksəktəzyiqli magistral qaz kəmərində təmir işləri aparılacaq. Bu səbəbdən 23.07.2024-cü il saat 09:00-dan etibarən "Albalı", "Maştağa QPS kollektor" , "Maştağa-2", "Neft Terminalı", "Albalı YDM", "Agroland" və "Azpetrol LTD" MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Xəzər və Sabunçu rayonlarının, o cümlədən Maştağa, Buzovna qəsəbələrinin Albalılıq, Atçılıq yaşayış massivlərinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin paytaxtın Yasamal və Binəqədi rayonlarında görüləcək təmir-bərpa işləri ilə bağlı 23.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Dadaş Bünyadzadə, Əsəd Əhmədov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Vasif Əliyev, Zaur Kərimov, Məhəmməd Xiyabani küçələrinin bir hissəsində və Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Sabah üç rayonda qaz olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının bir hissəsi və 3 rayonda qaz olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz kəsiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












