Fərdi mənzillərin istiliklə təchizatı ilə bağlı qaydalar hazırlanır
sizinxeber.az xəbər saytı

Fərdi mənzillərin istiliklə təchizatı ilə bağlı qaydalar hazırlanır


“Bakıda 11 minə yaxın bina var, onların 4-5 mini 1-2 mərtəbəli binadır. Yəqin ki, 1-2 il ərzində bu binalar qalmayacaq”.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib.

O bildirib ki, çoxmənzilli binalarla bərabər, fərdi mənzillərin də istiliklə təchizatı məsələsi gündəmə gəlib: “Bununla bağlı da qaydalar hazırlanır. Qazlaşdırılmış və qaz quraşdırılmamış ərazilər baxımından yanaşma tətbiq olunacaq. Qaz varsa, fərdi istilik sistemi tətbiq oluna bilər, qaz yoxdursa, bərpa olunan enerjidən istifadə ilə istilik vermək olar. Bu, istilik nasosları və günəş panellərindən istifadə ilə edilə bilər. İstilik nasoslarının da növləri var. Yeni nəsil istilik nasosları bir kilovatın müqabilində 5 kilovat istilik vermək bacarığına malikdir”.

Oxşar xəbərlər

"Azəristiliktəchizat": Ölkədə yaşayış fondunun 90%-i istiliklə təmin olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda "İstilik enerjisindən istifadə qaydaları” ləğv ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azəristiliktəchizat": "1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İstilik təchizatı haqqında" qanunun qəbulunun mümkün nəticələri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər