“Azəristiliktəchizat”: Mənzillərdə istilik sistemlərinin sayğaclaşdırılması texniki cəhətdən mümkün deyil
“Azərbaycanda mənzillərdə istilik sistemlərinin sayğaclaşdırılması texniki cəhətdən mümkün deyil. Bunun üçün bütün mənzillərin otaqlarındakı batareyaların üzərinə xüsusi qurğular - datçiklər yerləşdirilməlidir. Bu isə kifayət qədər bahalıdır. Bunun həyata keçirilməsi Azərbaycan reallığında mümkün deyil”.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib.
“Buna görə də biz binaya verilən enerji sərfiyatını dəqiqləşdirmək üçün mənzillərə deyil, binaya sayğac qoyulmasını təklif etdik. Bununla binaya verilən enerjinin miqdarı mənzillərin sayına uyğun olaraq bölünəcək və onun həcmi müəyyən ediləcək”, - deyə sədr bildirib.
Oxşar xəbərlər
Sədr: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərdi mənzillərin istiliklə təchizatı ilə bağlı qaydalar hazırlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azəristiliktəchizat": Ölkədə yaşayış fondunun 90%-i istiliklə təmin olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azəristiliktəchizat": "1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Yeni tikilən binalarda mərkəzi istilik sistemi tələb kimi qoyulmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













