Azərbaycanda neft emalı 12%-dən çox azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda neft emalı 12%-dən çox azalıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1,4 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 12,5% azalma deməkdir.

Energetika Nazirliyindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında isə Azərbaycanda 1,6 mln. ton neft emal edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda 5,8 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 10,8% azdır.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Oxşar xəbərlər

Azərbaycanda bu il neft emalı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan neft emalını 9% artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda neft emalı 2,04% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ötən il neft emalı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il 5 mln. tondan artıq neft emal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər