sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanda bu il 5 mln. tondan artıq neft emal edilib
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 5,5 mln. tona yaxın neft emal edilib, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.
Bu barədə “Sizinxeber.az-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Oxşar xəbərlər
Azərbaycanda bu il neft emalı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda neft emalı 2,04% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il emal olunan neftin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda əhalinin avtomobil yanacağına xərcləri 10% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhalinin avtomobil yanacağına xərcləri 6,5% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













