Azərbaycan neft emalını 9% artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan neft emalını 9% artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,2 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 9,1% artım deməkdir.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, 2024-cü ilin yanvar-fevral aylarında isə Azərbaycanda 1,1 mln. ton neft emal edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda 5,8 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 10,8% azdır.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Oxşar xəbərlər

Azərbaycanda bu il neft emalı azalıb
Azərbaycanda neft emalı 2,04% artıb
Azərbaycanda bu il 5 mln. tondan artıq neft emal edilib
Azərbaycanda ötən il neft emalı azalıb
Azərbaycanda bu il emal olunan neftin həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle