Azərbaycan-ABŞ enerji tərəfdaşlığı müzakirə olunub
Energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla görüşüb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsinə verdiyi töhfələri vurğuladıq. Avropaya qaz tədarükü və Yaşıl Enerji interkonnektor layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirdik”, - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan-ABŞ enerji əməkdaşlığı genişləndirilə bilər
Azərbaycan və Macarıstan Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə edib
Pərviz Şahbazov: Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq
Almaniyada Azərbaycanın beynəlxalq yaşıl enerji siyasətinin istiqamətləri açıqlanıb
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













