Qazaxıstan bu il 9 bərpa olunan enerji layihəsini istismara verməyi planlaşdırır
Bu il Qazaxıstan ümumi gücü 455,5 MVt olan 9 bərpa olunan enerji layihəsini istismara verməyi planlaşdırır.
“APA-Economics”in Qazaxıstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Almasadam Satkaliyev bildirib.
“Bu, ölkənin enerji balansında “yaşıl” enerjinin payını əhəmiyyətli dərəcədə artırmağa və karbon izini azaltmağa imkan yaradacaq”, - nazir qeyd edib.
Almasadam Satkaliyevin sözlərinə görə, 2024-cü ildə bərpa olunan enerji mənbələrinin ümumi istehsal həcmində payı 6,4% (7,58 mlrd. kVt/saat) təşkil edib.
Nazir onu da vurğulayıb ki, 2025-ci ildə Qazaxıstan 166 MVt ənənəvi elektrik enerjisi istehsal gücünü istismara verməyi planlaşdırır.
Oxşar xəbərlər
Nazir: 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payı 35,5%-ə yüksələcək
Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən sənədlər imzalanıb - FOTO
Nazir müavini: COP29-un təkilatçısı olan Azərbaycanın təşəbbüslərini dəstəkləyirik
Sentyabrda Naxçıvanda “yaşıl enerji”nin istehsal payı 35 % olub
Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













