"OPEC+" ölkələri yanvarda plandan 250 min bareldən artıq geri qalıb
Neft hasilatının azaldılması ilə bağlı sövdələşmədə iştirak edən “OPEC+” ölkələri yanvarda gündəlik neft hasilatını bir qədər - 13 min barel artırsalar da, könüllü azaldılma və kompensasiyalar nəzərə alınmaqla gündəlik neft hasilatını plandan 251 min barel aşağı hasil ediblər.
Bu barədə “Sizinxeber.az-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.
Razılaşmadan azad olan Liviya, İran və Venesuela istisna olmaqla “OPEC+” ölkələri üzrə gündəlik neft hasilatı 35,176 mln. barel səviyyəsində olub.
Yanvar ayı üçün nəzərdə tutulan bütün könüllü azaldılma və kompensasiya cədvəlləri nəzərə alınmaqla, “OPEC+” ölkələri sutkada 35,427 milyon barel hasil etməli idilər. Beləliklə, ötən ay alyans iştirakçıları plandan 251 min barel az neft istehsal edib.
Qeyd edək ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.
Oxşar xəbərlər
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Beynəlxalq Enerji Agentliyi “OPEC+” üzrə hasilat göstəricilərini qiymətləndirib
OPEC Azərbaycanda yanvarda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
OPEC: Azərbaycan gündəlik neft hasilatını artırıb
OPEC Azərbaycanda ötən il gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












