“Azərişıq”ın sədri Beyləqanda vətəndaşları qəbul edib
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 20-də Beyləqanda Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.
"APA-Economics" xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Beyləqan rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Oxşar xəbərlər
“Azərişıq” sədri Xaçmazda vətəndaşları qəbul edib
Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib
Vüqar Əhmədov Xaçmazda vətəndaşları qəbul edib
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
