Sabah bir neçə rayonda qaz kəsiləcək
Sabah saat 09:00-dan "Qaz İxrac” İdarəsinə məxsus ölçü qovşağının yenidən qurulması, saat 10:00-dan isə “Yaqublu qol yüksək təzyiqli qaz kəməri”ndə təmir-bərpa işlərinin aparılması və "Şəki-Cəfərabad” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən “Sizinxeber.az-Economics”ə bildirilib.
Qeyd edilib ki, həmçinin Qaradağ rayonunun Lökbatan-Qobu yolunun sol tərəfində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 13.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Oğuz rayonunun tam olaraq, Şəki və Xaçmaz rayonlarının bir hissəsinin, Qaradağ rayonunun isə Qobu qəsəbəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır
Oxşar xəbərlər
Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq
Sabah təmir işləri ilə bağlı bəzi rayonlarda qaz təchizatında fasilələr yaranacaq
Bu gün Laçının qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Paytaxtın üç rayonunda qaz olmayacaq
Sabah Bakının bəzi bölgələrində qazın təchizatında fasilələr yaranacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













