Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndərilib - FOTO
sizinxeber.az xəbər saytı

Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndərilib - FOTO


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Sizinxeber.az xəbər verir ki, 10 vaqondan ibarət çəkisi 700 ton olan taxıl və 2 vaqondan ibarət çəkisi 133 ton olan alüminium (ilk dəfə göndərilir) Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 min tondan çox taxıl, 3800 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Oxşar xəbərlər

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB - FOTO
Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndərilib - FOTOLENT - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər