Azərbaycanda bu il 22,5 mlrd. manatlıq neft və qaz hasil olunub - CƏDVƏL
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22 520,9 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3% azalıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 20 629 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 3,2% azdır.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
|
Fəaliyyət növlərinin adı | 2025-ci ilin yanvar- iyul aylarında istehsal edilmişdir, milyon manat | Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə |
| Mədənçıxarma sənayesi | 22 520,9 | 96,7 |
| Xam neft və təbii qaz hasilatı | 20 629 | 96,8 |
| Metal filizlərinin hasilatı | 360,9 | 164,9 |
| Mədənçıxarma sənayesinin digər sahələri | 121 | 113,8 |
| Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi | 1 410 | 84 |
Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 15 996,9 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 22 551 mln. kub metr təşkil edib.
Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 0,2% artıb.
Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:
|
Məhsul növləri | 2025-ci ilin yanvar-iyul aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.08.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Xam neft və təbii qaz hasilatı | |||
| Xam neft (qaz kondensatı daxil olmaqla), min ton | 16 033,7 | 94,6 | 248,7 |
| ondan əmtəəlik | 15 996,9 | 94,6 | 248,7 |
| Təbii qaz, milyon kub metr | 29 246,1 | 99,3 | - |
| ondan əmtəəlik | 22 551,0 | 100,2 | - |
Oxşar xəbərlər
Azərbaycanda bu il 12 mlrd. manatlıq neft və qaz istehsal olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mədənçıxarma sənayesi istehsalı 27 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il mədənçıxarma sənayesi istehsalı 30 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ötən il 38 mlrd. manatlıq neft və qaz istehsal olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda neft və qaz hasilatının ümumi dəyəri artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












